Çərşənbə, 02 Avqust 2017 12:00

“MİDA” MMC ilə əməkdaşlığa başlayan növbəti kredit təşkilatı “Bank BTB” oldu

Ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” oldu.

31.07.2017-ci il tarixində “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış “Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.

Read 185 times Last modified on Çərşənbə, 02 Avqust 2017 12:02