Cümə, 16 İyun 2017 14:34

Bank BTB 17 İyun "Tibb Işçilərinin Peşə Bayramı" ilə əlaqədar güzəştli kredit kampaniyası elan edir

Bank BTB 17 İyun "Tibb Işçilərinin Peşə Bayramı" münasibəti ilə Tibb sektorunda çalışan bütün şəxslərə İyun ayının 16-dan İyul ayının 15-dək güzəştli kredit kampaniyası elan edir.

Kampaniyanın şərtlərinə əsasən Tibb işçilərinə “Nağd pul” istehlak krediti məhsulu zaminsiz 3000 manatadək , 0 faiz komissiya ilə 3 il müddətədək verilir. Kreditin maksimal məbləği 5000 AZN-dır.

Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarından almaq olar. Hal-hazırda Bank BTB 10 filial, 7 şöbə və Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Kampaniya haqqında ətraflı məlumatı bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytından www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən almaq mümkündür.

Read 298 times Last modified on Cümə, 16 İyun 2017 14:41