Bankda işçilərin qiymətləndirilməsi və motivasiyası işi strateji hədəflərin icrasının təmin olunması, ədalətlilik, şəffaflıq və rəqabətlilik prinsipləri üzərində qurulmuşdur.
Hər il üzrə kənar audit yoxlaması yekunlaşdıqdan sonra, Bankın maliyyə ili üzrə əldə edilən xalis mənfəət Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bölüşdürülür.
Mehdiyeva Nigar İsmayıl qızı - 74.9872% paya malikdir.
Sadiq Rza İsmayıl oğlu - 19.0128% paya malikdir.
Mahmudova Tükazban Ağa qızı - 6% paya malikdir.
12 000 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
1 600 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
31240 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
5 160 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
2 000 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
14 450 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
71450 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443
Cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, cəmiyyətin nizamnaməsi və digər qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
Qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
Korporativ İdarəetmə Komitəsi
Korporativ İdarəetmə Komitəsinin Sədri – Sadiq Rza İsmayıl oğlu
Korporativ İdarəetmə Komitəsinin üzvü – Fərhad-zadə Rövşən Eldar oğlu
Korporativ İdarəetmə Komitəsinin üzvü – Hüseynov Ramin Şəhadət oğlu
Risk Komitəsi (əsas vəzifəsi Bankın risklərin idarə edilməsi prosesində iştirak edən idarəetmə orqanları, struktur bölmə və Baş risk inzibatçısı ilə birgə Bankda risklərin idarə edilməsi sistemlərinin qurulması, təkmilləşdirilməsi və düzgün işləməsi üzərində monitorinqi həyata keçirilməsidir)
Risk Komitəsinin Sədri – Fərhadzadə Rövşən Eldar oğlu
Risk Komitəsinin üzvü – Hüseynov Ramin Şəhadət oğlu
Risk Komitəsinin üzvü – Hümbətov İkram Müzəffər oğlu
Orta Kredit Komissiyası (əsas vəzifəsi kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)
Orta Kredit Komissiyasının sədri - Yusifov Zaur Ağa Zeynal oğlu
Orta Kredit Komissiyasının üzvü - İbrahimov Elşən Siyasət oğlu
Orta Kredit Komitəsinin üzvü - Əbdürəhmanov Rüfət Tofiq oğlu
Böyük Kredit Komissiyası (əsas vəzifəsi kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)
Böyük Kredit Komissiyasının sədri - Hüseynov Eldəniz Ramiz oğlu
Böyük Kredit Komissiyasının üzvü - Yusifov Zaur Ağa Zeynal oğlu
Böyük Kredit Komissiyasının üzvü - Abbasov Nihad Oktay oğlu
Böyük Kredit Komissiyasının üzvü - Rüstəmov Elmin Bayram oğlu
Böyük Kredit Komissiyasının üzvü - Babayev Elçin Nazim oğlu
APİK Komissiyası (Aktivlərin və passivlərin İdarə edilməsi Komissiyası) (əsas vəzifəsi aktiv və passivlərinin yerləşdirilməsi üzrə səmərəliyinin təmin edilməsi, likvidlik, faiz və bazar risklərinin idarə edilməsidir)
APİK Komissiyasının sədri – Hüseynov Eldəniz Ramiz oğlu
APİK Komissiyasının üzvü - Yusifov Zaur Ağa Zeynal oğlu
APİK Komissiyasının üzvü - Abbasov Nihad Oktay oğlu
APİK Komissiyasının üzvü- Xəlilov Nicat Nizami oğlu
APİK Komissiyasının üzvü - Rəfiyev Vüqar Səxavət oğlu
APİK Komissiyasının üzvü - İbrahimov Elşən Siyasət oğlu
APİK Komissiyasının üzvü - İsmayılov Emil Azər oğlu
Audit Komitəsinin tərkibi:
Audit Komitəsinin sədri - Hüseynov Ramin Şəhadət oğlu
Audit Komitəsinin üzvü – Hümbətov İkram Müzəffər oğlu
Audit Komitəsinin üzvü – Abdullayev Rövşən Müslüm oğlu
İstiqrazlarla bağlı məlumat
Qiymətli kağızların növü və forması - Faizli təmin edilməmiş istiqrazlar
Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyat nömrəsi - AZ2001009441
Qiymətli kağızların nominal dəyəri, ümumi həcmi və sayı - Hər bir istiqrazın nominal dəyəri 500 (beş yüz) ABŞ dolları olmaqla ümumi həcmi (nominal dəyər üzrə) 8,500.000 (səkkiz milyon beş yüz min) ABŞ dolları olan 17 000 (on yeddi min) ədəd
İstiqrazlar üzrə illik faiz dərəcəsi - İstiqrazlar üzrə illik faiz dərəcəsi 9(doqquz) %
Ödənilmə müddəti - İstiqrazların yerləşdirilməsinə başlandığı tarixdən 7 (yeddi) il (2520 gün). Bank “BTB” ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 11.11.2017-ci il tarixli, SÜY-004-2017 saylı protokolu əsasında ödənilib.
Hər bir istiqrazla təsbit edilən hüquqlar:
İstiqrazlarla bağlı məlumat
Qiymətli kağızların növü və forması – Faizli, təmin edilməmiş, sənədsiz istiqrazlar
Qiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi - AZ2002009440
Qiymətli kağızların nominal dəyəri: bir istiqrazın nominal dəyəri 1000 (bir min) AZN
Qiymətli kağızların ümumi sayı 2000 (iki min) ədəd
İstiqrazlar üzrə illik faiz dərəcəsi - 9(doqquz) %
Ödənilmə müddəti - İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) təqvim ili təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1(bir) təqvim ili müddətində) rüblük (hər rübün sonuncu iş günündə) olaraq nağdsız qaydada ödənilir. Bu zaman əsas kimi rübdə 90 gün götürülür.
Hər bir istiqrazla təsbit edilən hüquqlar:
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.