Audit komitəsi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Audit komitəsi

Ramin Hüseynov Şəhadət oğlu

Audit komitəsinin sədri

+994 12 499-79-95 (3044)

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.

2013-2014-cü illərdə ABŞ-nin “The George Washington University”də maliyyə üzrə magistr təhsili alıb.

2004-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində müxtəlif vəzifələrdə çalışıb. 

2008-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

2015-2021-ci illər ərzində tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

2021-2023-cü illər ərzində Access Bank QSC-nin İdarə Heyəti Sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsində fəaliyyət göstərib.

2023-2024-cü illərdə Bank BTB ASC-nin Müşahidə Şurasının Sədrinin müşaviri kimi çalışıb.

2024-cu ilin 27 mart tarixindən Bank BTB ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

R.Hüseynov ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.

 

İkram Hümbətov Müzəffər oğlu

Audit komitəsinin üzvü

+994 12 499-79-95 (3044)

1980-1985-cı illərdə S.M.Kirov adına Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetini bitirib.

1993-1998 –cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda İqtisadçı ixtisasına yiyələnib.

Rövşən Abdullayev Müslüm oğlu

Audit komitəsinin üzvü

+994 12 499-79-95 (3044)

[email protected]

1986-1992-ci illərdə Bakı Dövlət Universitetində Şərq dilləri və ədəbiyyatı ixtisasını alıb.

1999-2001 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bakalavr  dərəcəsi ilə biritib.

2005-2009 –ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə ixtisas alıb.