Rəhbərlik - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Rəhbərlik

Eldəniz Hüseynov Ramiz oğlu

İdarə Heyətinin Sədri v.i.e./İdarə Heyəti Sədrinin birinci müavini

+994 12 499-79-95 (3044)

[email protected]

1984-1992-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

2020-ci ildə Bank "BTB" ASC-nin İdarə Heyətinin üzvü təyin olunub.

2023-cü ildən Bank "BTB" ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini olaraq İdarə Heyəti sədrinin vəzifələrini icra edir.

Zaur Yusifov Ağa Zeynal oğlu

İdarə Heyəti Sədrinin müavini

+994 12 499-79-95 (3044)

[email protected]

1999-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirmişdir.

2015-2017-ci illərdə Niderland Krallığının “Maastricht School of Management” və ADA Universitetinin Biznesin idarə edilməsi proqramı üzrə təhsil alaraq Executive MBA və magistr dərəcələri almışdır.

2004-ci ildə Azərbaycan Respublikasının Milli Bankında əmək fəaliyyətinə başlamış, 2011-2018-ci illərdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2018-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankında çalışmışdır.

2020-2023-cü illərdə Litva Respublikasında “Penki Kontinentai Group” şirkətində icraçı direktor vəzifəsində çalışmışdır.

2023-cü ildən Bank "BTB" ASC-nin İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvüdür.

Nihad Abbasov Oktay oğlu

İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini

+994 12 499-79-95 (3044)

[email protected]

2008-2012-ci illərdə- Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2014-cü ildən etibarən Bank "BTB" ASC-də əmək fəaliyyətinə başlayıb.

2018-ci ildə Bank "BTB"-nin Problemli kreditlər departamentinin direktor müavini, 2020-ci ildə isə Problemli kreditlər departamentinin direktoru vəzifəsində çalışıb.

25 aprel 2023-cü il tarixində Bank "BTB" ASC-nin Aktivlərlə iş departamentinin direktoru vəzifəsinə təyin edilib.

26 fevral 2024-cü il tarixindən etibarən Bank "BTB" ASC-nin İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvüdür.