Bank “BTB” əmanət kampaniyasına start verir. - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Bank “BTB” əmanət kampaniyasına start verir.

24.10.2024

Bank “BTB” noyabr ayında müştərilərə yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir.

Yeni kampaniya şərtlərinə əsasən Siz, manat vəsaitlərini 12 aydan 24 ayadək Bank BTB-yə etibar edə bilərsiniz. Faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcəkdir. Vəsaiti 12-17 ayadək yerləşdirdikdə aylıq 11%, müddətin sonunda 11,5%, vəsaiti 18-24 ayadək yerləşdirdikdə aylıq 11,5%, müddətin sonunda isə 12% gəlir əldə edəcəksiniz.

Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Siğortalanması Fondunun qaydalarına uyğun olaraq siğortalanır. Kampaniyanın müddəti 24 oktyabr 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.

Bank BTB 2024-cü ilin 3 rüb göstəricilərinə əsasən 150 milyondan çox depozit portfelinə sahibdir. Bu, müştərilərimizin banka olan etimadının göstəricisidir.

Kampaniya çərçivəsində müştərilər əmanətlərini istəklərinə uyğun olaraq AZN valyutasında 12 və ya 24 ay müddətinə yerləşdirə eləcə də, aylıq və müddətin sonunda faizləri götürə bilərlər.

Müddətli əmanət

Müddət

Faizlərin ödənilməsi

Faiz

Valyuta

12-17 ay

Aylıq

11%

AZN

Müddətin sonunda

11.5%

AZN

18-24 ay

Aylıq

11.5 %

AZN

Müddətin sonunda

12%

AZN

 

  • Əmanət üzrə faizlərin ödənilməsi – Aylıq və ya Müddətin sonunda;
  • Əmanət məhsulunun növü – “Müddətli” əmanət;
  • Əmanətin açılması üçün minimal məbləğ - 100 AZN

Nəzərinizə çatdıraq ki, kampaniya 30 noyabr 2024-cü il tarixinədək davam edəcəkdir.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.