Bu xidmət vasitəsilə müştəri günün 24 saatı real vaxt rejimində cari və kart hesabına nəzarət etməklə aşağıda göstərilən bir çox ödəniş və qeyri-ödəniş əməliyyatlarını həyata keçirə bilər:
İnternet bankçılıq müştəriyə həm də ASAN imza ilə əməliyyatları təhlükəsiz icra etmək imkanı yaradır.
Xidmətdən istifadə etmək üçün banka yaxınlaşaraq müqavilə bağlamaq lazımdır. Müştəri ona verilən şifrə və koddan istifadə etməklə bankın internet səhifəsində (www.btb.az) “İnternet banking” bölməsinə və ya https://ib.btb.az/ linkinə keçid edərək əməliyyatları həyata keçirə bilər.
“İnternet bankçılıq”dan istifadə qaydaları və müxtəlif əməliyyatlarla bağlı təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/playlist?list=PLkzK_lS09S77sCvU_Uh1EmqnrpaWScqzM
Mobil bankçılıq xidməti "BTB Mobile" tətbiqi vasitəsilə günün 24 saatı real vaxt rejimində kart üzrə aşağıdakı əməliyyatları yerinə yetirməyə imkan verir:
Xidməti necə aktivləşdirmək olar?
Qeyd olunan müvafiq linklər vasitəsilə tətbiqi yükləyə bilərsiniz.
“Cash-by-code” xidmətindən istifadə etməklə “AzeriCard” prosessinq mərkəzinə qoşulmuş bankomatlar vasitəsilə günün istənilən vaxtı qısa müddətdə pul göndərə və ya qəbul edə bilərsiniz.
Bankomatla pul göndərən şəxsin kartının olması kifayətdir. Pulu qəbul edən tərəf isə kart olmadan vəsaiti asanlıqla əldə edə bilər. Bankomat vasitəsilə pulu əldə etmək üçün iki hissədən ibarət olan koddan istifadə olunur. Təhlükəsizliyin təmin olunması üçün kodun bir hissəsi bankomatdan çek vasitəsilə pulu göndərən şəxsə, digər hissəsi isə dərhal sms vasitəsilə nağd vəsaiti qəbul edəcək şəxsə göndərilir. Göndərilən pulu əldə etmək üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir.
“Cash-by-code” xidməti üzrə komissiya:
Xidmətin adı |
AZN kart |
USD kart |
EUR kart |
Cash by code (Bank “BTB”, Bank Avrasiya və Ziraat Bankın ATM-lərində) |
1.5 % (min. 2) |
1.5 % (min. 2) |
1.5 % (min. 2) |
“Card-to-Card” xidməti vasitəsilə istənilən vaxt bir kartdan digər karta pul göndərə və ya qəbul edə bilərsiniz. Bank BTB kartları arasında "Card-to-Card" xidməti ödənişsizdir. Digər bank kartlarına köçürmə zamanı xidmətə görə komissiya köçürmə məbləğinin 0.7%-ni (min. 1 AZN/ USD/ EUR) təşkil edir.
Bank BTB-yə məxsus əmək haqqı və Depozit Savings kartlarına “Card-to-Card” xidməti vasitəsilə köçürmə olunan məbləğdən 0,5% (min. 1 AZN/ USD/ EUR) komissiya tutulacaq.
“SMS Notification” xidməti vasitəsilə kartla aparılan əməliyyatlar və son hesab qalığı barədə sms əldə etməklə məlumat almaq mümkündür. Xidmət müştəriyə həm hesaba nəzarət etmək, həm də kart başqa şəxs tərəfindən istifadə olunduqda dərhal xəbərdar olmaq imkanı verir. “SMS Notification” xidmətinə görə aylıq komissiya 1,30 manat təşkil edir.
“PİN Change” xidmətindən istifadə etməklə kartınızın PİN kodunu daha yadda qalan edə bilərsiniz. Bunun üçün bankomatda və ya xidmət nöqtələrində mövcud PİN kodu öz istəyinizə uyğun yeni PİN kodla əvəzləmək lazımdır. Xidmətə görə komissiya 3 AZN təşkil edir.
Kartın PİN kodu itirildiyi və ya tamamilə unudulduğu təqdirdə də müştəri xidmət nöqtələrinə yaxınlaşaraq yeni kod əldə edə bilər.
VISA premium kart sahiblərinə yenilənmiş “İmtiyazlar proqramı”nı təqdim edirik. Alış-veriş, gözəl istirahət və xoş əhvali-ruhiyyə üçün hər yerdə - ən yaxşı mağaza və restoran, mehmanxana və idman zalları, aviaşirkət və qolf klublarda məhz Sizin üçün xüsusi üstünlüklər təklif olunur.
İmtiyazlarınızdan bütün dünyada yararlanın!
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: http://www.visapremium.com/main.jsp
Kartlar |
AZN |
USD |
EUR |
Visa Classic / Mastercard Standard / Mastercard Debit | 2000 | 2000 | 2000 |
Visa Gold | 2500 | 2500 | 2500 |
Visa Platinum | 2500 | 2500 | 2500 |
Visa Infinite | 10 000 | 10 000 | 10 000 |
Visa Business (Boss Card) | 2000 | 2000 | 2000 |
Gündəlik nağd vəsaiti limiti müştərinin ərizəsi əsasında artırılması mümkündür. Onlayn ərizə: https://www.btb.az/az/online-services/daily-cash-limit |