“MİDA” İpoteka kreditləri - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru
Meyarlar Şərtlər
Kreditin məbləği Maks. 100000 AZN (yaşayış sahəsinin satış qiymətinin 90 faizindən çox olmamalıdır)
Müddəti 3 -  30 il
Faiz dərəcəsi  İllik 4%
İlkin ödəniş Min. 10%
Ödəniş forması Annuitet
Kreditin alınması üçün tələb olunan sənədlər
  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  • Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və  nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin  surəti.
  • Borcalanla (borcalanlarla) birgə yaşayan ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin sürəti.
  • Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi;
  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
  • Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış,  ardıcıl son 12 ayın bankdan çıxarışları və s);
  • İpoteka predmetinin qiymətləndirmə aktının əsli.

            Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti);
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
  • Vergi orqanları tərəfindən son 12 ay ərzində dövriyyə göstəriciləri və fəaliyyət növü haqqında arayış.

İstifadə qaydaları     

   “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsi ilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhid  övladları;

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanının övladları;

  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  • Ən azı 3 il dövlət ümumtəhsil müəsisəsində müəllim işləyən şəxs;

  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

  • Ən azı 5 il jurnalıst işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

2. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

3. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

4. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

5. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

6. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

7. Ən az 15 il  dövlət ümumi təhsil müəsisəsində müəllim işləyən şəxs;

8. Ən az 15 il jurnalis işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;

9. Şəhid ailəsnin üzvü (əri/arvadı);

10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

 

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Baş Ofis

Yusif Səfərov küçəsi 27, Xətai rayonu, Bakı, Azərbaycan

Elvin Abdullayev (məsul şəxs) - (050) 278 36 55

Fuad Kərimzadə (məsul şəxs) - (051) 261 15 55

Fərhad Kərimov (məsul şəxs) - (050) 278 76 68

Ramil Meyrəliyev (məsul şəxs) - (051) 261 15 14

Orxan Yusifov (məsul şəxs) - (051) 512 67 95

Rafət Əhmədov (məsul şəxs) - (050) 286 85 34

 

Azadlıq Filialı

Bakıxanov küçəsi, Azadlıq prospekti 128P, Nəsimi rayonu, Bakı, Azərbaycan

Anar Hüseynov (filial rəhbəri) - (050) 402 00 41

Elgün Gəhramanov (məsul şəxs) - (050) 286 85 34

 

Əcəmi Filialı

Cavadxan küç., 3005-ci məh., ev 11, Nəsimi rayonu, Bakı, Azərbaycan

Famil İbrahimov (məsul şəxs) - (050) 268 89 35

 

Sumqayıt Filialı

3-cü məhəllə, Azadlıq küçəsi 7, 6/21, Sumqayıt, Azərbaycan

Asif Eminov (məsul şəxs) - (055) 205 77 56

 

Gəncə Filialı

Atatürk prospekti 234, Gəncə, Azərbaycan

Urfan Məmmədov (filial rəhbəri) - (050) 218 69 56

Mərziyə Heydərova (məsul şəxs) - (051) 240 45 01

Kredit kalkulyatoru

Qeydlər

“MİDA” MMC ilə  “Bank BTB”-nin əməkdaşlığı nəticəsində əhaliyə güzəştli ipoteka krediti təklif edilir.

Ölkə başçısının 16.11.2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun" vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər “AİKZF"-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “AİKZF"-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” oldu.

Sifariş