15.01.2024
Bank BTB 2023-cü il ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
2022-ci iln yekunları ilə müqayisədə bankın faiz gəlirləri 12% artaraq 2023-cü ilin sonuna 30 milyon manatdan, xalis faiz gəlirləri isə 14% artaraq 11 milyon manatdan artıq olmuşdur. Bankın xalis əməliyyat mənfəəti 3.3 dəfə artaraq 2.8 milyon manatı üstələmişdir.
Bank BTB-nin kredit portfeli il ərzində 5.7% artaraq 280 milyon manata çatmışdır. Bu artım bütün kreditləşmə istiqamətləri üzrə müşahidə olunmuşdur. Belə ki, ipoteka kreditləri 8%, istehlak kreditləri 4%, biznes kreditləri isə 2.4% artmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank BTB 2023-cü il ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 336 müştəriyə 19.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 109 müştəriyə 5.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2023-cü ilin sonuna Bankın məcmu kapitalı 51 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 20.6% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 89% təşkil edir (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.