06.10.2020
Rəqabətli bazar mühitində müştəriyə əlçatan xidmətlər təklif etmək məqsədilə Bank BTB alternativ satış kanallarının xidmət keyfiyyətini artırmaqda davam edir. Bu gün onlayn kanalların təklif etdiyi funksiyalar imkan verir ki, müştəri banka gəlmədən, növbə gözləmədən istədiyi məhsul haqqında məlumat alsın. Alternativ satış kanalları müştərilər üçün rahat olduğu qədər, rəqəmsal bankçılığın inkişafı, sənədləşmə proseslərininin asanlaşdırılması, müştəri məmnuniyyətinin təmin edilməsi, vaxt və xərclərə qənaət edilməsi baxımından Bank BTB üçün də olduqca prioritet məsələdir. Belə ki, bankın xidmət göstərdiyi alternativ kanallarda hər bir müştəri ona rahat olan onlayn kanalı seçməklə aşağıdakı məlumatları asanlıqla əldə etmiş olacaq:
Alternativ onlayn kanallar həmçinin, Bank BTB-nin filial və ATM şəbəkəsi haqqında da məlumatları təqdim edir. Əlavə olaraq, bu kanallar cari günün məzənnəsinin öyrənilməsi üçün ən rahat vasitədir. Onlayn kanalların ən əsas üstünlüyü onun məsafəli olmasıdır ki, bütün bu məlumatların əldə olunması üçün banka yaxınlaşmağa ehtiyac qalmır.
Bank BTB yuxarıda qeyd edilənlərlə yanaşı, bankın məhsul və xidmətləri üzrə müştəriləri maraqlandıran hər bir sualı cavablandırmağa hazırdır. Bunun üçün müştərilər, bankın Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə də müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat Mərkəzi və www.btb.az rəsmi saytında onlayn konsultasiya xidməti də müştərilərə operativ xidmət göstərməkdədir.
Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.