Bank BTB-dən biznes qurmaq istəyənlərə Mikrokredit məhsulu. - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Bank BTB-dən biznes qurmaq istəyənlərə Mikrokredit məhsulu.

18.05.2021

Bank BTB sahibkarlığın inkişafına, ölkəmizdə iqtisadiyyatın yüksəlişinə töhfə vermək məqsədilə biznesə başlamaq və ya mövcud biznesini genişləndirmək istəyən şəxslərə dəstək olaraq Mikrokredit məhsulunu təklif edir. Qeyd edək ki, 50.000 AZN-dək təklif olunan mikro kreditlər illik faiz dərəcəsi 12%-dən başlayaraq təminatsız və ya qismən təminatlı şərtlərlə istehlakçılara təqdim olunur. Mikro kreditlər 12 ay güzəşt müddəti olmaqla 48 ay müddətinə verilir. Mikrokredit məhsulunun daha bir özəlliyi ondadır ki, sənədləşmə prosesi cəmi 1-2 gün ərzində yekunlaşır. Onu da qeyd edək ki, mikro kreditlər yalnız AZN valyutasında təqdim edilir.

         Nəzərinizə çatdıraq ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.    

Mikrokredit məhsulundan yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.