Bank BTB-nin gəlirləri və əməliyyat mənfəəti artıb - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Bank BTB-nin gəlirləri və əməliyyat mənfəəti artıb

13.10.2023

Bank BTB 2023-cü ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini təqdim etdi. Hesabat tarixinə aktivlərin cəmi 376 milyon 759 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% artım deməkdir.

3-cü rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 53% artaraq 22 milyon 443 min manat, faiz xərcləri 14 milyon 84 min manat, qeyri-faiz gəlirləri 57% artaraq 3 milyon 442 min, qeyri-faiz xərcləri 9 milyon 871 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 110% artaraq 1 milyon 895 min manat təşkil etmişdir.       

Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 135 milyon 361 min manat təşkil etmiş, ötən rüb ilə müqayisədə 2% artmışdır.

3-cü rüb ərzində Bank BTB tərəfindən 45 milyon 687 min manat kredit verilmişdir, bu da ötən rüb ilə müqayisədə 17.2% artım deməkdir. Ümumi satışın 20%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 18%-ni istehlak kreditləri, 41%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 21%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.2% artaraq 288 milyon 462 min manat təşkil etmişdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 52 milyon 969 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 80.83% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 2.5 dəfədən çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.