24.11.2023
Korporativ sosial dəyərləri rəhbər tutan Bank BTB əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə növbəti dəfə özünüməşğulluq proqramı çərçivəsində daha 4 ailəyə öz dəstəyini göstərdi.
Belə ki, proqram çərçivəsində Gəncə, Ağdam, Göygöl rayonları üzrə Vüsalə Fətəliyeva, Ceyran Kərimova və Gülnarə xanım Əliyevaya dərzi sexi fəaliyyətləri üçün lazımi avadanlıqlar alınaraq təhvil verilib.
Həmçinin, Qaradağ (Qobu) rayonu üzrə Ziyafət xanım Quliyevaya gözəllik salonunda öz kiçik biznesini qurmaq üçün Bank BTB tərəfindən dəstək olunub.
Bununla da, Bank BTB-nin Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində kiçik sahibkarlığın inkişafına tövhə verdiyi ailə sayı 52-yə çatdı.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.