05.02.2024
Bank BTB-nin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 27 yanvar tarixində Strateji sessiya baş tutub. Sessiyada ötən ilin nəticələri təqdim olunmuş, eləcə də bu il üzrə fəaliyyət planları müzakirə edilmişdir. Daha sonra satış üzrə müxtəlif göstəricilər analiz edilərək növbəti illərin hədəfləri müəyyən edilmişdir. Eyni zamanda bankın bazar mövqeyi, risk siyasəti üzrə göstəricilər əsasında müzakirələr aparılmışdır. Qeyd edək ki, cari il 2022-2024-cü illər üzrə təsdiq olunmuş 3 illik Strateji planın son ilidir. Sessiyada 2024-cü il üçün nəzərdə tutulan tədbirlər planının üzərindən keçilmiş və büdcə planlaması həyata keçirilmişdir.
Daha sonra işçi qruplarının bankın məhsul və xidmətlərinin təkmilləşdirilməsi istiqamətində təqdim etdiyi ideya və təkliflər rəhbərlik tərəfindən dinlənilmişdir. Rəqəmsallaşma, biznes proseslərin daha da sadələşdirilməsi, müştəri məmnuniyyətinin artırılması, onlayn xidmətlərin daha da əlçatan edilməsi və s. mövzular gələcəyə baxış konsepsiyasında öz əksini tapmışdır.
Bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.