02.10.2020
Bank BTB fəaliyətinin 10-cu ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib. Belə ki, Bankın Baş ofisinə dəvət olunan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə Qanvermə aksiyası baş tutub. “Qan verək, həyat xilas edək” adlı aksiyada Bank BTB-nin 100-ə yaxın könüllü əməkdaşı iştirak edib və ümumilikdə 15 litrdən çox qan verilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya və hemofiliyadan, həmçinin, leykoz xəstəliyindən əziyyət çəkən şəxslərə ümid olmaq, onların sağlamlığına qovuşmaqlarına yardım etməkdir. Digər tərəfdən isə aksiyanın 26 Fevral tarixində keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı faciəsinin 28 illiyinə həsr olunan Qanvermə aksiyası xalqımızın birliyini ifadə edir.
Xatırladaq ki, Bank BTB bu il 10 yaşını qeyd edir. Bu səbəbdən 2020-ci il ərzində Bank BTB silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq.
Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Məhsul və xidmətlər barədə www.btb.az və ya (012) 946 məlumat mərkəzinə müraciət edə bilərsiniz.