19.10.2020
Bank BTB fərdi sahibkarlıqla məşğul olan şəxslərə Mikro kredit məhsulu üzrə “2020-yə 20% endirimlə” kampaniyasını təqdim edir. Belə ki, kampaniya çərçivəsində verilən kreditlərin illik faiz dərəcəsinə 20%-dək endirim tətbiq olunacaq. Kampaniyanın daha bir üstünlüyü 50.000 AZN-dək təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır. Bunlarla yanaşı, 48 ay müddətinə təklif olunan kreditlər üzrə 6 ay güzəşt müddətinin olması da məhsula olan tələbatı yüksək edir.
Kampaniya 31 dekabr 2019-cu il tarixinədək davam edəcək.
Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 whatsapp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.
Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.