28.10.2020
Bank BTB-nin onlayn ödənişlərə üstünlük verən şəxslərə çox sərfəli təklifi var. Belə ki, “Yeni ilə Yeni Kart” kampaniyasına start verən Bank BTB maksimum müddətli Visa Classic kartlarını müştərilərinə minimum qiymətə təklif edir. Yəni, 3 illik Visa Classic kartını əldə etmək istəyən istər fiziki, istərsə də hüquqi şəxslər bunun üçün cəmi 5 AZN ödəməli olacaqlar. Müştərilərə 1 iş günü ərzində təqdim olunan kartlar AZN valyutalıdır.
Kampaniya 30 dekabr-dək davam edəcək. Qeyd edək ki, kampaniya yalnız qeyd olunan filiallarda keçiriləcəkdir. Baş Ofis, 28 May, Sənaye, Əcəmi, Həzi Aslanov
Filiallarla tanış olun: www.btb.az/az/officees
Onu da qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 whatsapp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.