02.10.2020
Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə “Hökumət Ödəniş Portalı”nda xüsusi funksionallıq və mexanizm yaradılmışdır. Bildiririk ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən banklar, milli poçt operatoru olan Azərpoçt MMC və onların filial və şöbələri vasitəsilə istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/kmdf ) və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər. Xahiş edirik rəhbərlik etdiyiniz təşkilatın internet səhifəsində müvafiq məlumatların yerləşdirilməsində, həmçinin https://gpp.az/kmdf linki üzərindən nağdsız ödənişlərin qəbul edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməklə müştərilərin məlumatlandırılmasını təmin edəsiniz