24.11.2020
Bank BTB müştərilərinə daha yüksək xidmətin göstərilməsi məqsədilə Sənaye filialını müasir tələblərə və standartlara uyğun şəkildə təmir edib. Qeyd edək ki, filial Yasamal rayonu, Ə. Haqverdiyev, 577 ünvanında yerləşir. Filial müştəri rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən avadanlıqla təmin olunub və vahid korporativ interyer dizaynda müştərilərin istifadəsinə verilib. Bir sözlə, burada ən son texnologiyanın tətbiqi sayəsində müştərilərə əlçatan və yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb.
Bu, Bank BTB-nin filial şəbəkəsinin tranformasiyası istiqamətində təmir etdirdiyi növbəti filialdır.
Xidmətlərimizdən faydalanmaq istəyən fiziki və hüquqi şəxslər, eləcə də fərdi sahibkarlar filialda kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, qarantiyalar, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər. Həmçinin, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə lider olan Sənaye filialı indi yenilənmiş üslubu ilə müştərilərinə daha rahat və operativ xidmət göstərəcək.
Rəqəmsal tələblərə cavab verən Sənaye filialı həftə içi 5 gün müştərilərin xidmətindədir.
Qeyd edək ki, Bank BTB artıq bir çox filialını vahid korporativ interyer dizayn standartları ilə təmin edib və açılacaq yeni filial və şöbələrinə bu üslubu tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı da həftəiçi 5 gün müştərilərin xidmətindədir.