Müştəri xidmətləri şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi

Baş ofis / Müştəri Xidmətləri departamenti

Bakı / /

İş barədə məlumat

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərin istəyi üzrə müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabları müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatlar aparmaq və onları bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Mövcud ödəniş və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə ən azı 1 il (mütəxəssis), 3 il aparıcı mütəxəssis, 5 il (baş mütəxəssis) iş təcrübəsi;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı, Progress Bank əməliyyat sistemini bilən namizədlərə üstünlük verilir;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müvafiq olaraq (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi,  baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət