Təşkilati işlər departamenti, Ümumi şöbənin kiçik mütəxəssisi və ya mütəxəssisi (Reception) - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Təşkilati işlər departamenti, Ümumi şöbənin kiçik mütəxəssisi və ya mütəxəssisi (Reception)

Təşkilati işlər departamenti

Bakı / /

İş barədə məlumat

  • Bankın cari məhsulları və xidmətləri barədə tam məlumatlı olmaq.
  • Banka müraciət edən müştəriləri ilkin məlumatlandırmaq və uyğun şöbəyə yönəltməsi.
  • Daxili qaydalara uyğun olaraq kargüzarlıq işinin aparılması tələbləri üzrə öhdəsinə düşən işləri vaxtında və keyfiyyətlə icra etmək;
  • Kargüzarlıq işinin aparılması qaydalarına əməl etmək, bankın kargüzarlıq işini aparmaq, lazımi məktubların, arayışların, müqavilələrin və digər sənədlərin daxili qeydiyyatını aparmaq;
  • Qeydiyyat kitablarını, qovluqları, jurnalları aparmaq, onların saxlanılmasını təmin etmək;
  • Xidməti sənədləri redaktə etmək;
  • Zəruri olan sənədləri arxivə təhvil verilməsi üçün hazırlamaq;
  • Bank sirrini qorumaq;
  • İşinə dair hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • İş prosesində ona verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Yaş 21-35;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır);
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
  • Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməsi;
  • Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı;
  • Gərgin şəraitdə işləmək bacarığı;
  • Təşəbbüskarlıq və komandada işləmək bacarığı.     

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Reception)  göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət